Əsas Səhifə > Bölgə > Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı

Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı


16-08-2018, 16:31
Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı

MHP-nin (Milliyətçi Hərəkat Partiyası) Ordu deputatı Camal Enginyurt Türkiyənin Amerikanın elektron məhsullarına boykot tətbiq etməsinə dəstək verib və “iphone” markalı telefonunu sataraq əvəzinə “Samsung” markalı telefon alıb. MHP-nin deputatı Köksal Yılmaz isə yanında gətirdiyi “iphone” markalı telefonu ayağının altında əzərək sındırıb.

Rubrika.Az Moderator.az-a istinadla xəbər verir ki, millət vəkili həmçinin Türkiyənin üzərində oynanan oyunlar qarşısında birlik və bərabərlik içində hərəkət edilməsi lazım olduğunu ifadə edib.

Enginyurt, Ərdoğanın ABŞ mallarının boykot edilməsi lazım olduğunu söylədiyini bildirərək, "Türkiyə cümhuriyyəti prezidentinin dünənki çağırışı bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə cənab prezidentin “iphone” telefonu olanların və bu telefonun alınıb alınmaması istiqamətindəki çağırışı bizim üçün ən mühüm çağırış halına çevrilib" - deyə çıxış edib.

Çağırışı eşitdikdən sonra bu gün etibarilə “iphone” telefonunu təslim etdiyini bildirən Enginyurt, "Buradan “iphone” telefon istifadə etməyəcəyimi bütün Türkiyəyə elan edirəm. Yerinə də bu gün cənab prezidentimizin çağırışı ilə Cənubi Koreya qeydiyyatlı “Samsung”markalı telefondan istifadə edəcəyimi hər kəsə elan edirəm”- deyib.

Enginyurt bu prosesdə prezident Ərdoğanın yalnız buraxılmamasını vurğulayaraq, "Cənab prezidentimizin çağırışı cavabsız buraxılmamalıdır. Türkiyədə bütün deputat və rayon rəhbərlərini “iphone” telefonundan imtina etməyə dəvət edirəm" ifadələrindən istifadə edib.

Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı

Rubrika.Az
Geri qayıt