Əsas Səhifə > Hadisə > Tarixin ən böyük müğənnisi vəfat etdi
Tarixin ən böyük müğənnisi vəfat etdi16-08-2018, 19:17 |
|
Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb. 2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı. Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı “soul kraliçası” ciddi xəstə olub. 2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib. Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib. Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi. Rubrika.az Geri qayıt |