Əsas Səhifə > Hadisə > Sarqsyanın partiyası Ermənistan-Rusiya münasibətlərindən narahatdır

Sarqsyanın partiyası Ermənistan-Rusiya münasibətlərindən narahatdır


16-08-2018, 20:37
Sarqsyanın partiyası Ermənistan-Rusiya münasibətlərindən narahatdır

Ermənistan-Rusiya münasibətlərində vəziyyət heç də yaxşı deyil, hərçənd, bunun əksi bildirilir. Paşinyan hökuməti “pinq-ponq” siyasəti həyata keçirir.

Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin müavini, eks-prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

O qeyd edib ki, Ermənistan üçün bir nömrəli məsələ korrupsiya ilə mübarizə və ya inqilab yox, ölkənin təhlükəsizliyi və KTMT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsidir.

“Paşinyan bunların öhdəsindən gələ biləcəksə, etsin, digər məsələlər isə elə də əhəmiyyətli deyil”, - Şarmazanov deyib.

Onun fikrincə, Ermənistanın baş naziri Nikola Paşinyanın hökuməti siyasi niqilizm yolu ilə addımlayır. Eyni zamanda hökumət hüquq mühafizə orqanlarının işinə müdaxilə edir, şəxsi və siyasi motivlərlə həbslər həyata keçirilir.

Şarmazanov həmçinin qeyd edib ki, mayda Paşinyanın namizədliyinin əleyhinə səs verməklə düzgün addım atıb.

“O, yaxşı baş nazir deyil. Ermənistanı inqilabçılar və əks-inqilabçılara bölmək nə deməkdir? Biz diktaturaya gedirik? O, sıçrayışvari inkişafdan bəhs edir. Amma nə qədər yeni iş yeri açılıb, diaspordan nə qədər investisiya daxil olub?”, - spikerin müavini deyib.


Rubrika.az
Geri qayıt