Əsas Səhifə > Dünya > Məşhur şirkətlə bağlı iddia: cinayətlər burada gizlədilir
Məşhur şirkətlə bağlı iddia: cinayətlər burada gizlədilir17-08-2018, 12:11 |
|
“Tesla” şirkətinin işdən qovulan təhlükəsizlik xidmətinin əməkdaşı şirkəti Nevada ştatında yerləşən müəssisələrindən birindəki cinayət tərkibli əməlləri gizlətməkdə ittiham edərək, ABŞ-ın Qiymətli Kağızlar və Birja üzrə Komissiyasına müraciət edib. Rubrika.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Nyu York Post” yazıb. Karl Hansen adlı şəxsin maraqlarını təmsil edən “Meissner Associates” hüquq firmasının bəyanatında “Tesla”nın “Giqafaktori” fabrikində çalışan işçilərinin narkotik ticarətinə cəlb olunması barədə məlumatı hüquq-mühafizə orqanlarından gizlətdiyi bildirilib. Şikayətə əsasən, burada söhbət Meksika kartelinə aid külli miqdarda kokaindən gedib. Rubrika.Az Geri qayıt |