Əsas Səhifə > Hadisə > Əhalinin banklardakı pulu artıb
Əhalinin banklardakı pulu artıb17-08-2018, 18:44 |
|
Ölkə əhalisinin banklarda 8 milyard 109,3 milyon manat pulu var. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, cari ilin iyul ayının 1-nə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı vəsaitlərinin həcmi 17,4 faiz artıb. Əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada yerləşdirilib. Beləliklə, əmanətlərin 3 milyard 048 milyon manatı milli valyutada, 5 milyard 060,6 milyon manatı xarici valyutadadır. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb. Xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb. Rubrika.az Geri qayıt |