Əsas Səhifə > Hadisə > Tramp: Türkiyə özünü pis aparır
Tramp: Türkiyə özünü pis aparır17-08-2018, 20:43 |
|
Rahib Endryu Bransonu saxlayan Türkiyə “dostcasına” davranmır. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. “Hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz buna dözmək niyyətində deyilik. Məsələ hələ bitməyib”, - dövlət başçısı deyib. Qeyd edək ki, bu gün İzmir məhkəməsi terrorçulara yardım etməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonu ev dustaqlığından azad etməyib. Bu, Bransonun vəkilinin məhkəmənin qərarının dəyişdirilməsinə göstərdiyi sayca üçüncü cəhddir. Rubrika.az Geri qayıt |