Əsas Səhifə > Hadisə > Son dörd gündə 87 qanunsuz miqrant saxlanılıb
Son dörd gündə 87 qanunsuz miqrant saxlanılıb17-08-2018, 23:58 |
|
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb. DMX-dən verilən məlumata görə, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib. Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir. Rubrika.Az Geri qayıt |