Əsas Səhifə > Dünya > İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib
İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib20-08-2018, 00:12 |
![]() İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar bazar günü 14:56-da qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir. Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb. Rubrika.Az Geri qayıt |