Əsas Səhifə > Hadisə > Baş nazir, nazir və s.. vəzifəli şəxslər istintaqa cəlb oluna bilərlər – deputat
Baş nazir, nazir və s.. vəzifəli şəxslər istintaqa cəlb oluna bilərlər – deputat20-08-2018, 18:35 |
![]() İsrailin baş naziri Binyamin Netanyahu işğal altında olan Qüdsdəki iqamətgahında növbəti dəfə müstəntiqlər tərəfindən dindirilib. Bu barədə ictimaiyyətə İsrailin dövlət radiosu məlumat verib. İsrailli müstəntiqlər baş nazirin “Walla” informasiya portalında hökumətin fəaliyyətinin müsbət işıqlandırılması qarşılığında müəyyən güzəştlər etməsilə bağlı iddiaları araşdırır. Bununla da Netanyahu 2018-ci ildə dördüncü dəfə sorğuya cəlb olunub. Maraqlıdır, baş nazirlər, nazirlər və hakimiyyətin yüksək postlarında təmsil olunan şəxslər hansı halda öz ölkələrinin istintaqına cəlb oluna bilrələr? Rubrika.az xeber verir ki, Musavat.com-a danışan hüquqşünas deputat Fazil Mustafa bildirir ki, hüquqi dövlətlərdə məhkəmə hakimiyyətin əsas qollarından biri sayılır: “Məhkəmə tutduğu vəzifədən asılı olmayaraq istənilən şəxsi istintaqa cəlb edə bilər. Bunda müəyyən ifadələrin alınması və başqa prosedurların həyata keçirilməsini təmin edirlər. Ona görə də məhkəmənin qərarı varsa, hamı tabe olmalıdır. Vəzifəsindən asılı olmayaraq bütün şəxslər məhkəmə qarşısında bərabərdirlər və məhkəmə qarşısında cavab verməyə borcludurlar”. Deputat onu da qeyd edir ki, xarici ölkələrdə belə bir məsələdə hər hansı bir problem yaşanmır: “İstənilən şəxs, hətta vəzifədən gedəndən sonra belə barəsində hansısa bir tutarlı dəlillər varsa, istintaqa, hətta məsuliyyətə də cəlb oluna bilər. Adətən, bu kimi hallarda vəzifəli şəxslər özləri istefa verirlər ki, istintaqın gedişinə mane olunmasın. Amma kimsə vəzifədə qalırsa, məhkəmə qərar çıxartsa, həbs olunur v avtomatik olaraq vəzifəsindən azad olunur. Bu normal haldır və bunu normal qəbul etmək lazımdır”. Rubrika.az Geri qayıt |