Əsas Səhifə > Hadisə > Lənkəranda yenidən mina tapıldı

Lənkəranda yenidən mina tapıldı


20-08-2018, 20:24
Lənkəranda yenidən mina tapıldı

Lənkəranda dəniz sahilində mina aşkarlanıb.

Rubrika.az xeber verir ki, bu barədə Oxu.Az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildiriblər.

Məlumata görə, avqustun 20-də Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılan araşdırma nəticəsində ərazidə 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Rubrika.az
Geri qayıt