Əsas Səhifə > İdman > Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı
Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı20-08-2018, 21:30 |
|
UEFA 2017-2018-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Rubrika.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, onların arasında “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah, “Real”ın futbolçusu Luka Modriç və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu var. Mükafatın qalibi avqustun 30-da Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı müəyyən olunacaq. Qeyd edək ki, bu il “Barselona”nın frovardı Lionel Messi mükafata namizədlərin arasında yer almayıb. O, bu mükafata 2011 və 2015-ci illərdə layiq görülüb. Rubrika.az Geri qayıt |