Əsas Səhifə > Hadisə > Türkiyə ABŞ-dan şikayət edib

Türkiyə ABŞ-dan şikayət edib


20-08-2018, 22:46
Türkiyə ABŞ-dan şikayət edib

Türkiyə ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Rubrika.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın polad və alüminium idxalına rüsumları artırmasıdır.

Ankara ÜTT-də məsələ ilə məsləhətləşmələrin keçirilməsini istəyir. Türkiyə tərəfi hesab edir ki, Vaşinqtonun qərarı Tarif və ticarət üzrə Baş sazişin müddəalarına ziddir.

Qeyd edək ki, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma görə rüsumları artırıb. Bu qərar Türkiyə milli valyutasının kəskin ucuzlaşmasına gətirib.


Rubrika.az
Geri qayıt