Əsas Səhifə > Hadisə > Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb
Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb21-08-2018, 10:10 |
![]() Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 20-də ölkədə118 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Rubrika.Az Geri qayıt |