Əsas Səhifə > Hadisə > “Pul verib verilişdə aparıcı oturmaqdansa...” – Mətanətə görə küsdü
“Pul verib verilişdə aparıcı oturmaqdansa...” – Mətanətə görə küsdü21-08-2018, 18:40 |
![]() Şou-biznesdə növbəti küsülülüyün əsası qoyulub. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, prodüser Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində rəqqasə Fatimə ilə münasibətlərinə son qoyduğunu deyib: "Fatimədən incidim, çünki dünən Sərxan Mətanət haqqında nə isə dedi və 2 saat öncə Mətanəti dəstəkləyən Fatimə müdaxilə edə bilmədi. Siz necə aparıcısız ki, söz haqqınız yoxdur. Pul verib o verilişdə aparıcı oturmaqdansa, ayda bir dəfə mənim verilişimə qonaq gəlin, daha yaxşı olar. Ona görə də Fatimədən incidim, rəsmi olaraq onunla bu gündən dostluğumu dondururam. Nə vaxta kimi o verilişdə öz haqqını tələb edə bilməyəcəksənsə, səninlə dostluğumu dayandırıram. Nə zaman ki, pul verib aparıcılıq etdiyin verilişdə söz haqqın olacaq və dostunu müdafiə edə biləcəksən, onda sən yenidən dostum olacaqsan". Rubrika.az Geri qayıt |