Əsas Səhifə > Hadisə > Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var


21-08-2018, 19:35
Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var.

Rubrika.az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayon Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.az
Geri qayıt