Əsas Səhifə > Hadisə > “Xətai” metrosu təmirə bağlanır

“Xətai” metrosu təmirə bağlanır


21-08-2018, 22:09
“Xətai” metrosu təmirə bağlanır

“Xətai” metrostansiyası təmirə bağlanacaq.

Rubrika.az Oxu.Az-a istinaden məlumatına görə, bunu “Sputnik Azərbaycan”a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək:

“Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.


Rubrika.az
Geri qayıt