Əsas Səhifə > Hadisə > Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb


21-08-2018, 22:49
Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır.

Rubrika.az "Report" a istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər.

Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb.

Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var. Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.


Rubrika.az
Geri qayıt