Əsas Səhifə > Hadisə > Mingəçevirdə yaşayış binası yandı
Mingəçevirdə yaşayış binası yandı21-08-2018, 23:35 |
![]() Mingəçevir şəhərində yaşayış binasında qısa qapanmadan yanğın baş verib. Rubrika.az "Report"a istinadən xəbər verir ki, hadisə M.Maqomayev prospekti, 50 ünvanında yerləşən binanın 4-cü mərtəbəsinin mətbəxində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Onların iştirakı ilə alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Bina və mənzil sakinləri arasında zərərçəkən olmayıb. Rubrika.az Geri qayıt |