Əsas Səhifə > Gündəm > Mehman Hüseynovun məhkəməsi - bloqqer azadlığa çıxa bilər
Mehman Hüseynovun məhkəməsi - bloqqer azadlığa çıxa bilər24-08-2018, 16:09 |
![]() Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilir. Bloqqerin ərizəsinə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxır. Musavat.com-un cəzaçəkmə müəssisəsinin qarşısında olan əməkdaşı xəbər verir ki, M.Hüseynovun vəkili Şəhla Hümbətova artıq cəzaçəkmə müəssisəsindədir. Məhkəmə saat 15:00-a təyin edilib. M.Hüseynov Cinayət Məcəlləsnin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib. Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib. Rubrika.Az Geri qayıt |