Əsas Səhifə > Hadisə > Bakıda zibil qutusundan doğranmış kişi qolu tapıldı

Bakıda zibil qutusundan doğranmış kişi qolu tapıldı


24-08-2018, 20:47
Bakıda zibil qutusundan doğranmış kişi qolu tapıldı

Bakıda zibil qutusundan doğranmış kişi qolu tapılıb. Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, hadisə ötən gün saat 13 radələrində paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən aşkar edilib. Çevik polis alayının əməkdaşları ''köhnə atçılıq'' kimi tanınan ərazidə xidmət apararkən, yol kənarında olan məşiət tullantıları üçün qabın yanından kişi cinsinə məxsus dirsəkdən aşağı qol tapıblar.



Hadisə ilə bağlı dərhal 31-ci polis bölməsinə məlumat verilib. Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.


Rubrika.az
Geri qayıt