Əsas Səhifə > Hadisə > ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu


24-08-2018, 22:24
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu

Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların birinci hissəsini açıqlayıb.

Rubrika.az Oxu.Az-a istinaden məlumatına görə, ABŞ hökumətinin rəsmi sənədində bildirilir ki, yeni sanksiyalar “Skripalların işi” ilə bağlıdır və kreditləşmə, habelə bir sıra malların ixracına aiddir.

Yeni qadağalar humanitar yardım, ərzaq malları və kənd təsərrüfatı malları istisna olmaqla, ABŞ-ın istənilən sahədə Rusiyaya yardımı yasaqlayır.

Bundan əlavə ABŞ istehsalı silahının və ikili təyinat məhsullarının satış lisenziyalarının Rusiya şirkətlərinə verilməsinə qadağa qoyulur.

Sanksiyaların digər hissəsinin noyabrda açıqlanacağı gözlənilir

Rubrika.az
Geri qayıt