Əsas Səhifə > Hadisə > “Twitter” rəhbəri Konqresdə dindiriləcək

“Twitter” rəhbəri Konqresdə dindiriləcək


25-08-2018, 14:56
“Twitter” rəhbəri Konqresdə dindiriləcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının enerji və ticarət üzrə komitəsi “Twitter” şirkətinin rəhbəri Cek Dorsini bu sosial şəbəkənin fəaliyyət prinsipləri ilə bağlı dindirilməyə çağırıb.

Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, buna səbəb amerikalıların sosial şəbəkənin iş mexanizminin tutqunluğu ilə bağlı narahatlıqları olub.

Komitənin saytında bildirilib ki, Dorsiyə “Twitter”də informasiyaya nəzarət edilməsi və izlənilməsi ilə bağlı suallar ünvanlanacaq.

Konqresmenlər Dorsinin vicdanlı olacağına və suallara aydın cavab verəcəyinə ümid edirlər.

Rubrika.az
Geri qayıt