Əsas Səhifə > İdman > Ronaldunun transferi “Yuve”ni bahalaşdırdı

Ronaldunun transferi “Yuve”ni bahalaşdırdı


25-08-2018, 15:58
Ronaldunun transferi “Yuve”ni bahalaşdırdı

Kriştianu Ronaldunun transferindən sonra “Yuventus”un səhmləri 55,15% artıb.

Oxu.Az-ın “Football Italia” nəşrinə istinadən verdiyi məlumata görə, hazırda klubun bir səhmi 1 avrodan baha satılır.

Ümumillikdə iyunun 1-dən bu günədək “Yuve”nin səhmləri 65,43% bahalaşıb.

Portuqaliyalı futbolçunun soyadının yazıldığı köynəklərin satışı yaxşı gedir.

Rubrika.Az
Geri qayıt