Əsas Səhifə > Araşdırma > Siyəzəndə yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub- YENİLƏNİB

Siyəzəndə yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub- YENİLƏNİB


25-08-2018, 20:27
Siyəzəndə yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub- YENİLƏNİB

Siyəzən rayonunun Beşdam kəndində “VAZ” və “Daewoo” markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Rubrika.Az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanlb.

Rayon ərazisində 53 BB 675 dövlət qeydiyyat nişanlı "VAZ-2107" və 99 AR 259 qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt