Əsas Səhifə > Hadisə > Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib - 2 qadın saxlanılıb
Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib - 2 qadın saxlanılıb27-08-2018, 11:00 |
![]() Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır. Rubrika.Az Geri qayıt |