Əsas Səhifə > Hadisə > Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb27-08-2018, 17:46 |
![]() Prezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, sərəncama əsasən, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Rubrika.Az Geri qayıt |