Əsas Səhifə > Hadisə > Su içməyə getdi və qayıtmadı: Ukraynada azərbaycanlı itkin düşdü
Su içməyə getdi və qayıtmadı: Ukraynada azərbaycanlı itkin düşdü27-08-2018, 17:57 |
|
Ukraynada Azərbaycan vətəndaşı itkin düşüb. Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə avqustun 26-da baş verib. İtkin düşən kişinin oğlu polisə müraciət edərək bildirib ki, 12 nəfər qohumu ilə “Ford Transit” avtomobilində Prosyanoye nəzarət-keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olublar. Svatov rayonunun Mostki kəndində atası su içməyə gedib, lakin geri qayıtmayıb. Polis itkin düşən Azərbaycan vətəndaşının tapılması üçün əməliyyat-axtarış tədbiləri həyata keçirir. Rubrika.Az Geri qayıt |