Əsas Səhifə > Hadisə > Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Gürcüstan Azərbaycana yeni səfir təyin edib27-08-2018, 21:17 |
![]() Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Rubrika.az “Report”a istinaden məlumatına görə, bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb. Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016). Rubrika.az Geri qayıt |