Əsas Səhifə > Hadisə > Bakıda naməlum avtomobil 22 yaşlı qızı vurub qaçdı
Bakıda naməlum avtomobil 22 yaşlı qızı vurub qaçdı28-08-2018, 09:26 |
|
Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |