Əsas Səhifə > Hadisə > Erməni vitse-spiker: Paşinyan günahkar olacaq
Erməni vitse-spiker: Paşinyan günahkar olacaq28-08-2018, 17:46 |
|
Əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sədrliyini itirsə, bütün məsuliyyəti Nikol Paşinyan və onun hökuməti daşıyır. Rubrika.Az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə deyib. “Bu səlahiyyət Ermənistana hədiyyə edilməyib. Yerevan bu sədrliyi qazanmaq üçün hökumət səviyyəsində çoxlu işlər görüb. Əgər sədrlik başqa ölkəyə keçsə, bütün bunların günahkarıı Nikol Paşinyan və onun hökuməti olacaq”, - Şarmazanov bildirib. Onun sözlərinə görə, bu, Rusiya və KTMT-yə qarşı “təhlükəli yanlışlıqdır”. Təhlükəli ona görədir ki, Ermənistan KTMT sədrliyini itirəcək. Rubrika.Az Geri qayıt |