Əsas Səhifə > Hadisə > Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2

Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2


28-08-2018, 19:00
Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2

Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.

****

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Rubrika.az "Report"un Cənub bürosu-na istinaden məlumatına görə, təbii fəlakət, təxminən, 16:56 radələrində qeydə alınıb.

Zəlzələ 3-4 bal gücündə hiss edilib.

Təbii fəlakət Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub.




Rubrika.az
Geri qayıt