Əsas Səhifə > Hadisə > Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib- SİYAHI
Prezident Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib- SİYAHI29-08-2018, 18:09 |
![]() Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Rubrika.az Azərtac-a istinaden xəbərinə görə, sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Vəliyev Seymur Aydın oğlu - “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini. Rubrika.az Geri qayıt |