Əsas Səhifə > Hadisə > Bakıda 16 yaşlı qız gecə saatlarında itkin düşüb
Bakıda 16 yaşlı qız gecə saatlarında itkin düşüb29-08-2018, 20:02 |
![]() Bakıda gənc qız gecə saatlarında itkin düşüb. Rubrika.az xeber verir ki, Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 28-də baş verib. Rayonun R.Məmmədov küçəsi, ev 6, mənzil 31-də yaşayan, 1979-cu il təvəllüdlü Məmmədova Pərvanə Yusif qızı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 28-də gecə saat 02:00 radələrində onunla birgə yaşayan qızı, 2002-ci il təvəllüdlü Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılır. Rubrika.az Geri qayıt |