Əsas Səhifə > Hadisə > Zaxarovadan Merkelin Qarabağ bəyanatına – Reaksiya
Zaxarovadan Merkelin Qarabağ bəyanatına – Reaksiya31-08-2018, 15:23 |
|
Almaniyanın vasitəçi kimi iştirakı barədə qərarı Dağlıq Qarabağ münaqişəsi tərəflərinin özləri qəbul etməlidir. Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişənin nizama salması üçün əlverişli atmosferin yaranmasında yardım etməyə hazır olduğu barədə bəyanatına şərh verərkən deyib. “Bütün bunlar mövcud formatların effektivliyini başa düşməklə həyata keçirilməlidir. Bu amillərin ümumi məcmusuna əsasən hesab edirəm ki, belə bəyanatları nəzərə almaq lazımdır”, - deyə Mariya Zaxarova bildirib. Rubrika.Az Geri qayıt |