Əsas Səhifə > Hadisə > Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir
Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir30-08-2018, 19:20 |
![]() Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir. Rubrika.az "Report"a istinadən xəbər verir ki, "Kredit Yerevan" ASC və "Lev Marsed" MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarqsyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub. İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib. Rubrika.az Geri qayıt |