Əsas Səhifə > Hadisə > OPEC+ razılığı çərçivəsində öhdəliklər 109% yerinə yetirilib

OPEC+ razılığı çərçivəsində öhdəliklər 109% yerinə yetirilib


30-08-2018, 19:33
OPEC+ razılığı çərçivəsində öhdəliklər 109% yerinə yetirilib

OPEC+ razılığı çərçivəsində ölkələr bu ilin iyul ayı ərzində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəlikləri 109% yerinə yetiriblər.

Rubrika.az "Report"a istinaden verdiyi xəbərə görə, bu barədə OPEC+ nazirlər səviyyəsində olan monitorinq komitəsinin məlumatlarında deyilir.

Məlumata əsasən, nail olunan göstəricilər 2018-ci ilin iyunun 23-də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən dördüncü iclasında qoyulan məqsədlərə çatmasını göstərir.


Rubrika.az
Geri qayıt