Əsas Səhifə > Hadisə > “Qarabağ” ikinci qol vurdu - YENİLƏNİB

“Qarabağ” ikinci qol vurdu - YENİLƏNİB


30-08-2018, 21:58
“Qarabağ” ikinci qol vurdu - YENİLƏNİB

“Qarabağ” – “Şerif” oyununda daha bir qol vurulub.

Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, 42-ci dəqiqədə Donald Qerye hesab arasındakı fərqi ikiyə çatdırıb.

21.13

Ağdamın “Qarabağ” futbol klubu Bakıda UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi artıq hesabı açıb.

Matçın 9-cu dəqiqəsində Maksim Medvedev fəqlənib.

Qeyd edək ki, Moldovada keçirilmiş ilk görüş “Şerif” komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.


Rubrika.az
Geri qayıt