Əsas Səhifə > Hadisə > Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb30-08-2018, 23:51 |
![]() CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır. Rubrika.az xeber verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,20 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 29-da 74,24 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 29-da 75,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel çoxdur. Rubrika.az Geri qayıt |