Əsas Səhifə > İdman > Azərbaycan UEFA reytinqində
Azərbaycan UEFA reytinqində31-08-2018, 10:46 |
|
Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, Azərbaycan “Qarabağ”ın dünən “Şerif” üzərindəki qələbəsi sayəsində aktivindəki xallarını 18,500-ə yüksəldib. Aktivinə daha 0,250 xal əlavə etsə də, Azərbaycan yenə 26-cı pillədə qalıb. Bununla belə, ölkəmiz 25-ci pillədə olan İsrail (18,625) və 22-ci yerdə gedən Polşanı (19,250) keçmək üçün yaxşı imkan əldə edib. Belə ki, bu iki ölkənin avrokuboklarda təmsilçisi qalmayıb. Rubrika.Az Geri qayıt |