Əsas Səhifə > Səhiyyə > Yüz minlərlə insanı ölümdən xilas edəcək üsul tapıldı

Yüz minlərlə insanı ölümdən xilas edəcək üsul tapıldı


31-08-2018, 11:22
Yüz minlərlə insanı ölümdən xilas edəcək üsul tapıldı

Amerikalı alimlər morfindən güclü, asılılıq yaratmayan və digər təhlükəli effektləri olmayan AT-121 ağrıkəsicisini hazırlayıblar.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı “Science Alert” nəşri məlumat verib.

Araşdırmaçılar ümid edir ki, preparat digər güclü ağrıkəsicilərdən asılılıq və dozasının artırılması səbəbindən baş verən ölüm hallarını azaldacaq. 2012-ci ildə təkcə ABŞ-da bu səbəbdən 16 min insan həyatını itirib.

Yeni preparatın heyvanlar üzərində sınağı zamanı məlum olub ki, AT-121 qəbul edən canlının oksikodondan asılılıq səviyyəsi aşağı enib. Həmçinin bu dərmandan dozadan artıq istifadə ürək-damar sisteminin pozulmasına gətirib-çıxarmır.

Alimlər ümid edir ki, insanlar üzərindəki təcrübələrdən də eyni nəticələri alacaqlar.

Rubrika.Az
Geri qayıt