Əsas Səhifə > Hadisə > Bank depozitlərinin dollarlaşma səviyyəsi azalıb

Bank depozitlərinin dollarlaşma səviyyəsi azalıb


31-08-2018, 18:25
Bank depozitlərinin dollarlaşma səviyyəsi azalıb

2018-ci ilin birinci yarımilliyində bank depozitlərinin dollarlaşma səviyyəsində azalma davam edib.

Rubrika.az Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada cəmi əmanət və depozitlər 10.9% artıb.

Xarici valyutada isə 5.2% azalıb. Dövr ərzində fiziki şəxslərin xarici valyutada əmanətləri cəmi 0.64% artıb.

Nəticədə, fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma ilin əvvəlindəki 66.5%-dən 62.4%-ə enib.


Rubrika.az
Geri qayıt