Əsas Səhifə > Hadisə > Əkin sahələrinin suvarılmasına 4,5 milyon manat ayrıldı

Əkin sahələrinin suvarılmasına 4,5 milyon manat ayrıldı


31-08-2018, 18:37
Əkin sahələrinin suvarılmasına 4,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.az Oxu.Az-a istinaden məlumatına görə, Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Rubrika.az
Geri qayıt