Əsas Səhifə > Hadisə > Musiqiçi narkotik maddəni Bakıya poçtla gətirtdiribmiş: DTX onu həbs edib

Musiqiçi narkotik maddəni Bakıya poçtla gətirtdiribmiş: DTX onu həbs edib


31-08-2018, 19:23
Musiqiçi narkotik maddəni Bakıya poçtla gətirtdiribmiş: DTX onu həbs edib

Ölkəyə qaçaq yolla narkotik maddə gətirməkdə ittiham edilən musiqiçi hakim qarşısına çıxarılıb.

Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə "Azərpoçt"un əməkdaşı Elmira Abbasova bildirib ki, xaricdən Çingiz Muradovun adına fevralın əvvəlində məktub gəlib və bu barədə ona zəng edərək məlumat verib: "Çingizə göndəriş gəlmişdi, ona məlumat verdik. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib baratdakı əşyalara baxış keçirdilər".

Ç.Muradov deyib ki, o, poçta gedərək məktubdan imtina edib: "Oradan çıxandan sonra DTX məni saxlayıb, yenidən poçta gətirdi".

Ç.Muradov narkotiki heç kimə satmadığını da söyləyib. Hakim şahidlərin dindirilməsinin məhdudlaşdırıldığını bildirib. Növbəti iclasda sənədlərin tədqiq ediləcəyi elan olunub.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Çingiz Muradov Musiqi Akademiyasında təhsil alıb. Qeyd edək ki, Ç.Muradov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinərək, DTX əməkdaşları tərəfindən saxlanılıb. O, narkotik vasitəni xaricdən poçt vasitəsi ilə gətiribmiş.


Rubrika.az
Geri qayıt