Əsas Səhifə > Hadisə > Zaxarçenkonun qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB

Zaxarçenkonun qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB


31-08-2018, 21:53
Zaxarçenkonun qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB

Tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təfərrüatları məlum olub.

Rubrika.az Oxu.Az -a istinaden xəbər verir ki, qondarma respublikanın güc strukturlarındakı mənbə “İnterfaks”a bildirib ki, o, partlayış zamanı aldığı kəllə-beyin travması nəticəsində ölüb.

Bildirilir ki, Zaxarçenko hadisə yerində ölüb.

“RİA Novosti” isə Zaxarçenkonun müşavirinə istinadən məlumat yayıb ki, qətldə şübhəli bilinən şəxslər artıq saxlanılıb.

19.56

Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış kafedə baş verib.

Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.

Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.


Rubrika.az
Geri qayıt