Əsas Səhifə > Hadisə > Gürcüstanın dövlət başçısı prezident seçkilərində iştirak etməyəcək
Gürcüstanın dövlət başçısı prezident seçkilərində iştirak etməyəcək31-08-2018, 23:22 |
![]() Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Rubrika.az AZƏRTAC-a istinaden xəbər verir ki, G.Marqvelaşvili avqustun 31-də bu barədə qərarını açıqlayaraq deyib: “Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”. Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan Prezidenti seçilib. Rubrika.az Geri qayıt |