Əsas Səhifə > Hadisə > Hindistanda avtobus qəzaya uğrayıb: 7 nəfər ölüb, 50 nəfər yaralanıb
Hindistanda avtobus qəzaya uğrayıb: 7 nəfər ölüb, 50 nəfər yaralanıb1-09-2018, 16:20 |
![]() Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Salem şəhərində qeydə alınıb. Belə ki, özəl avtobus Salemdən Dharmapuriyə gedərkən yolda əvvəlcə yük maşınına, daha sonra digər avtobusa çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Rubrika.Az Geri qayıt |