Əsas Səhifə > Hadisə > Feysbuk parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO

Feysbuk parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO


1-09-2018, 16:59
Feysbuk parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO

Facebook hesabının parolunu polisə verməyən 24 yaşlı oğlan həbs olunub.

Rubrika.Az Milli.Az-a istinadla xəbər verir ki, İngiltərədə cinayətlə bağlı araşdırma aparan polisə parolunu verməyən Stefen Nikolson (Stephen Nicholson) 14 aylıq həbs cəzası alıb.

Onun həbs olunmasına səbəb özünü cinayət şübhəlisi kimi aparmasıdır. Belə ki, Stefenın üz cizgiləri ötən ay zorlandıqdan sonra bıçaqlanaraq öldürülən 13 yaşlı məktəbli Lusi Makhyunun (Lucy McHugh) qatilinin detallarına uyğun gəlir.

Bu səbəbdən o, saxlanılıb və ondan feysbuk parolu istənilib. Stefen parolu vermədikdə cinayət şübhəlisi kimi həbs edilib.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Rubrika.Az
Geri qayıt