Əsas Səhifə > Hadisə > Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB
Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB1-09-2018, 17:15 |
|
11:27 Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur. Qeyd edək ki, onlar gecə saatlarında "VAZ 2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb. 09:03 Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |