Əsas Səhifə > Hadisə > SOCAR-ın Türkiyədəki neft emalı zavodu Rusiya nefti ilə təchiz olunacaq
SOCAR-ın Türkiyədəki neft emalı zavodu Rusiya nefti ilə təchiz olunacaq1-09-2018, 18:12 |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki STAR neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar. Rubrika.az “Report”a istinaden xəbər verir ki, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur. STAR zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq. Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan STAR neft emalı zavodu Türkiyənin İzmir şəhərinin yaxınlığında - Egey dənizinin sahilində yerləşir. STAR neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək. Rubrika.az Geri qayıt |