Əsas Səhifə > Hadisə > Salyanda 28 yaşlı oğlan güllələnərək qətlə yetirilib - Foto
Salyanda 28 yaşlı oğlan güllələnərək qətlə yetirilib - Foto1-09-2018, 18:42 |
![]() Salyan rayonunda 28 yaşlı oğlan güllələnib. Rubrika.az “Report”un Aran bürosu-na istinaden xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. ![]() Rubrika.az Geri qayıt |